Hələbi İŞİD və müxalif qüvvələrdən təmizləməklə Suriya problemi həll olunmayacaq.
Bu bəyanatla ABŞ Dövlət Departamentininin mətbuat katibi Mark Toner çıxış edib. Toner bildirib ki, Rusiya və Bəşər Əsəd bunu belə sanırlarsa böyük yanlışlığa yol verirlər.
"Suriya problemi siyasi yollarla həll olunmalıdır. ABŞ bu problemin sülh və danışıqlar yolu ilə həllinə tərəfdar olduğunu bir daha bəyan edir".
Dövlət Departamentinin sözçüsü ötən gün Rusiyaya məxsus hərbi mobil hospitala edilən hücumdan da danışıb. Hospitalda iki rusiyalı həkimin ölməsi ilə bağlı dəqiq məlumatlarının olmadığını dilə gətirməklə yanaşı, Rusiya tərəfinin xəstəxananın koordinatlarının müxalifətə ABŞ tərəfindən verilməsi iddialarını da təkzib edib.