Erməni komandir: “Xəstə uşaqları Qarabağa göndərirlər”

Erməni komandir: “Xəstə uşaqları Qarabağa göndərirlər” Qayane Avetyan Qarabağda doğulub. O, Vazgen Sarkisyan adına hərbi institutu bitirib. 3 ildir ki, Madagizdə xidmət edir. Snayper və bölük komandiridir.

Azvision.az xəbər verir ki, Avetyan “Hraparak”a müsahibəsində Ermənistan ordusu ilə bağlı ifşaedici faktlar açıqlayıb, prezident Sarkisyanın apardığı uğursuz siyasəti sərt tənqid edib.

"Serj Sarkisyan bu gün ordunu öz şəxsi əmlakına çevririb. Cəbrayıla komandir dostum Armen Gözəlyanın yanına getmişdim. Deyirəm ki, Ermənistandan Dağlıq Qarabağa hərbi xidmətə xəstə uşaqları göndərirlər, o isə mənə bildirir ki, “bu normaldır, əgər Ermənistandan uşaqları göndərirlərsə, nəticədə onlar ümumən "ətlik" olurlar. Biz heç nə edə bilmirik”.

Mən həkim komissiyasına sual ünvanlayıram ki, uşağın əlilliyi var, 7-ci maddənin "Q" bəndinin tələblərinə uyğundur. Bəs niyə həmin xəstə uşaqları sərhədə göndərirlər?

Ermənistan prezidenti müharibə vəziyyətində hər kəsə manipulyasiya edir. O, təcrübəli polkovniki vəzifəsindən çıxarır, başqa yerə qoyur. İnsan xidmət edib, lakin onu düz danışdığına görə ruhi xəstə hesab edirlər”.

Müsahibin sözlərinə görə, Madagizin komandiri Harutyun Amirxanyanı vəzifəsindən çıxararaq Ermənistanın digər hərbi hissəsində komandir təyin ediblər.

"Amirxanyanı yaxşı tanıyırıq. Neçə dəfə həyacan olub, Amirxanyan hərbi hissədə olmayıb, heç diversiyanın nə olduğunu bilmir. Həmin insanı nəinki məsuliyyətə cəlb etdilər, hətta prezident tərəfindən təltif edildi. O, nəyə əsaslanaraq həmin medalı aldı və 3-cü korpusa komandir təyin edildi?

Deyə bilərəm ki, Amirxanyan Serj Sarkisyanın qohumudur. Madagizin digər bir komandiri Qevorq Manqasaryanı da ikinci korpusa komandir təyin etdilər. Manqasaryan da döyüş mövqeyinin nə olduğunu bilmir. Əsgərlərdən istifadə edən, onların valideyinlərini aldadan həmin komandirləri məsuliyyətə cəlb etmək lazım idi. Bu sualı prezidentə verin ki, niyə belə yararsız insanları komandir təyin edir?

O, ümumiyyətlə silahdan anlayışı olmayan Vigen Sarkisyanı müdafiə naziri təyin edib. Təyin edib, çünki Vigen Sarkisyan da Serj Sarkisyanın qohumudur. Sarkisyanın heç nədən xəbəri yoxdur. Vigen Sarkisyan kimi nazir vəziyyət gərginləşəndə bir dəfə də olsa gəlib hansısa mövqedə dayanıb? Vigen özünü nazir kimi göstərmək istəyir. Bizə bu cür nazir lazım deyil"- Qayane Avetyan deyib.

Oxşar xəbərlər