Dağlıq Qarabağda yaşayan şairə Lusine Nersisyanın Bakıda başlamış “Sülh platformasına” qoşulması Ermənistan rəhbərliyini ciddi narahat edib.
İstipress-in məlumatına görə, Ermənistan rəhbərliyi bunun qarşısını almaq üçün – “millətin mənəvi-psixoloji dözümünün artırılması” naminə qadınları orduya çağırmaq qərarına gəlib.
Ermənistanın yeni müdafiə naziri Vigen Sarkisyan “Lenta.ru”da bu gün dərc edilmiş müsahibəsində bu məsələyə də toxunub: “Söhbət millətin mənəvi-psixoloji dözümünün artırılmasından gedir. Ordu gənclərin vətənpərvər ruhda tərbiyə edilməsi üçün məktəb ola bilər. Bununla bağlı biz qadınların könüllü hərbi xidmətə çağrılması üzərində işləyirik”.
Vigen Sarkisyan bu sözləri Ermənistan müdafiə naziri seçilən kimi təklif etdiyi “millət ordu” ideyasının detalları barədə verilən sualı cavablandıran zaman bildirib. Bununla da, erməni nazir həyata keçirmək istədikləri “millət-ordu” ideyasında İsrail variantına üstünlük verdiklərini vurğulayıb - İsrail könüllü əsasda olsa da, qadınların orduya çağrıldığı tək ölkədir.
İsraildə qadınların, demək olar ki, əksəriyyəti orduda xidmət edir, yalnız hamilə və dindar qadınlar əsgərlikdən azad edilirlər. Buna görə də qadınların üçdə biri əsgərliyə getmir. İsraildə qadınlar orduya 1948-ci ildə Britaniya ordusuna qarşı gedən istiqlaliyyət müharibəsi zamanı qoşulmağa başlayıblar. Müharibə bitdikdən sonra qadınların döyüş əməliyyatlarında iştirakı dayandırılıb. Hazırda qadınların çoxu döyüş hissələrindən kənarda xidmətə çağrılır.
Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov İstipress-ə müsahibəsində Ermənistanda qadınları orduya çağırmaq niyyətinin gənclərin vətənpərvər ruhda tərbiyəsi ilə bağlı olmadığını vurğulayıb:
“Əslində, qadınların orduya cəlbi Ermənistan ordusunda son illərdə artan homoseksuallıq təzahürləri ilə bağlıdır. Zabitin zabiti, əsgəri zorlaması halları çoxalıb. Müxəlifət yönümlü erməni mətbuatının yazdığına görə, orduda intiharların çoxu məhz bu kimi hallarla bağlıdır. Düşünürlər ki, qadınlar orduda olarsa zabit və əsgərlər sevgi orientasiyasını qadınlara yönəldəcəklər”.
Onun sözlərinə görə, orduda müşahidə edilən ikinci problem qarabağlı - ermənistanlı qarşıdurmasıdır ki, qadınların cəlbi ilə əsgər və zabitlərin münasibətlərinin yumşalacağına ümid edirlər. “Vigen Sarkisyan Serj Sarkisyanın köməkçisi olanda Müdafiə Nazirliyindən olanda yanlış məlumatlar verirdilər. İndi nazir olanda görür ki, vəziyyət çox acınacaqlıdır, postlara çıxarmağa əsgər çatdıra bilmirlər, ona görə müəyyən arxa plan işlərinə qadınları cəlb etməyə çağırırlar. Ermənistan rəsmən 45 minə qədər ordusunun olduğunu bəyan edir. Lakin ölkədə hərbi çağırış yaşlı gənclər bunu təmin etməyə imikan vermir, buna görə qadınlara və diaspora təmsilçilərinə ümid edirlər”.
"Qadınların orduya cəlbi Ermənistan ordusunda son illərdə artan homoseksuallıq təzahürləri ilə bağlıdır".
Statistikaya görə, 2014-cü ildə Ermənistan məktəblərinin 12-ci sinfinə 24 min 466 şagird daxil olub, 5 min şagird isə peşə məktəblərinə keçib. Yəni, həmin dərs ili məktəbi bitirənlərin sayı 30 mini keçməyəcək ki, bunun da yarısı - 15 mini oğlanlardır. Təbii ki, 2 illik hərbi xidmətə çağrılanlar maksimum 30 minlik ordu formalaşdıra bilər. Yəni, istənilən halda 15 min əsgər ya diasporadan gətirilməlidir, ya da qadınlar orduya cəlb edilməlidir.
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan lideri olduğu Erməni Milli Konqresinin ikinci qurultayında Ermənistan ordusuna əsgər cəlbində diaspora variantının mif olduğunu vurğulayıb:
“İnsan resursları planında Ermənistan hakimiyyəti diaspora böyük ümidlər bağlayır. Özüm diaspordan olduğuma görə məsuliyyətlə deyə bilərəm ki, bu, tamamilə xülya və özünü aldatmadır. Yalnız xatırlatmaq lazımdır ki, 1990-cı illərin üçillik müharibəsində diaspordan cəmi 12 erməni iştirak edib”.
Erməni general, Şuşanını işğalının komandirlərindən biri olan Arkadi Ter-Tadevosyan isə erməni qadınların orduya gedəcəyinə inanmır. Bir neçə il qabaq məsələ ilə bağlı erməni mətbuatına danışmış Ter-Tadevosyan ailələrin qızlarını orduya qoymayacaqlarını vurğulayıb.
İstənilən halda, Ermənistan hakimiyyətinin bu addımı əsgərlik yaşına çatmış oğlanlarla yanaşı, qızların da ölkəni tərk etməsinə səbəb olacaq. Hər halda, Ermənistandan böyük köç məhz Qarabağ müharibəsi ilə başlayıb və 1992-ci illə müqayisədə bu ölkdə qeydiyyatda olanların sayı 650 min nəfər azalaraq 2,9 milyona düşüb.