
Publika.az xəbər verir ki, bu barədə erməni siyasi şərhçi Musa Mikaelyan deyib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti aprel məğlubiyyətindən heç bir nəticə çıxarmadı: "Sistemdə keyfiyyətə doğru dəyişiklik baş vermədi. Ümumiyyətlə, Ermənistan durğunluq vəziyyətdədir və açıq-aşkar hakimiyyət daxilində intirqalar qızışıb. Ölkədə bütövlükdə daxili siyasi mübarizə gedir. Bu, ciddi təhlükədən xəbər verir, çünki irəliləmə yox, geriləmə baş verir”.
Erməni siyasi şərhçi qeyd edib ki, Ermənistandakı geriləmə müharibəni saatlarla yaxınlaşdırır.
"Belə görünür ki, rəqib (Azərbaycanı nəzərdə tutur-red) bir neçə saata məsələni həll edə bilər”, - deyə o vurğulayıb.