1-ci qrup Qarabağ əlili Musayev Valeh Eldar oğlu Vergilər Nazirliyindən şikayətçidir.
Qarabağ əlili bildirir ki, o, 2014-2015-ci illərdə bizneslə məşğul olub. Ukraynadan Azərbaycana ət və diri dana idxal edib. Qanun çərçivəsində də tələb olunan bütün vergi və rüsumları ödəyib. Amma nazirlik əməkdaşları ona qarşı qanunsuzluq edir:
“Mən sırf Azərbaycan qanunlarına uyğun olaraq rəsmi sənədləşdirmə yolu ilə 2014-2015-ci illərdə ölkəmizə üç min başdan çox dana və 22 ton mal əti gətirmişəm. Gətirdiyimiz malın kiloqramını topdansatış qaydası ilə 1 və 1 manat 20 qəpikdən satmışam. Və buna da uyğun dövlətin bütün gömrük və vergi rüsumlarımı da ödəmişəm. Amma bir müddət əvvəl Vergilər Nazirliyi tərəfindən vergiləri tam ödəmədiyim, dövlətə vergi borcum qalması barədə mənə məlumat verildi. Dəfələrlə vergi müfəttişləri və Vergilər Nazirliyinin rəsmiləri ilə görüşmüşük. Məsələni izah etmişik, amma kor tutduğundan buraxmayan kimi, bunlar da tutduqlarından əl çəkmirlər. Onlar mənə deyirlər ki, həmin vaxt Ukraynadan gətirilən mal ətinin topdansatış qiyməti 2 manat olub.
Halbuki özlərinin Statistika Komitəsinə həmin dövrdə xaricdən - Ukraynadan gətirilən mal ətinin topdansatış qiyməti barədə məlumat istəyiblər. Statistika Komitəsi cavab verib ki, onlarda həmən dövrə aid dəqiq rəqəm yoxdur. Yəni kim necə istəyib satıb, konkret bir rəqəm olmayıb axı. Amma əlimizdə həmin dövrə aid müstəqil ekspertlərin qiymətləndirməsi var. Onlar da təsdiq edir ki, həmin dövrdə xaricdən Azərbaycana gətirilən mal ətinin topdansatış qiyməti 1 manat 1 manat 20 qəpik arası olub.
Digər tərəfdən, hamı bilir ki, diri malın ölkəmizə daşınması zamanı dananın diri çəkisi aşağı düşür. Ukraynadan ölkəmizə diri dana gətirilən də hər dəfə təxminən iki ton fərq edib. Doxsan maşın mal gətirdiyimizi və hər dəfə iki ton azalmanı vergi məmurları nəzərə almır. Eyni zamanda, malın Ukraynadan Azərbaycana daşınması üçün biz bir yük maşınına 5-6 min dollar civarında vəsait ödəmişik. Buna baxmayaraq vergilərini Ukraynadan çıxan malın diri çəkisi ilə ölçürlər, daşınma xərclərimizi də nəzərə almırlar. Bu gün Vergilər Nazirliyi bizim, cərimələrlə birgə, 300 min manat civarında borcumuzun yarandığını deyir. Halbuki real itkilərimizi, çəkilən xərclərimizi və satış qiymətini nəzərə alsalar bizim borcumuz yoxdur. Və buna görə də Vergilər Nazirliyini məhkəməyə vermişik. Hazırda 2 saylı İqtisad Məhkəməsində araşdırma gedir. Paralel olaraq vergilər nazirliyinin rəhbərləri ilə də görüşmüşük, vəziyyəti onlara izah etmişik. Amma dəfələrlə cəhd etməmizə baxmayaraq vergilər naziri Fazil Məmmədovla görüşə bilməmişik. Ətrafı imkan vermir görüşməyimizə. İnanırıq ki, biz problemimizi cənab nazirə çatdıra bilsək məsələ öz müsbət həllini tapacaq”.
Məsələ ilə bağlı V.Musayevin hüquqlarının ictimai müdafiəçisi, “Vətən Müharibəsi Əlilləri” birliyinin sədri Firudin Məmmədovla da əlaqə saxladıq. O, da Valeh Musayevə qarşı Vergilər Nazirliyinin qərəzli yanaşdığını dedi: “Əslində Valeh Musayev heç bir qanunu pozmayıb. Sırf qanunlarımız çərçivəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Və dövlətə nəzərdə tutulan bütün vergi və rüsumlarını da ödəyib. Arada yaranmış fərqin də əsaslı səbəbləri var. Amma nazirlik bunu nəzərə almır. Dəfələrlə vergilər naziri Fazil Məmmədovla görüşmək istəmişik, amma onun yaxın ətrafı buna imkan yaratmır. Bir vacib məqam da bizi narahat edir. Valeh Musayev torpaqlarımızın müdafiəsi zamanı sağlamlığını itirib, 1-ci qrup Qarabağ əlilidir, onkoloji xəstədir. Amma nazirlik onun ölkəni tərk etməsinə qadağa qoyub. Axı belə ağır xəstələr ölkədən çıxmasına şərait yaradılmalıdır. Amma əksinə, mane olurlar. Hazırda iş məhkəmədədir. Ümid edirik ki, məhkəmə ədalətli qərar qəbul edib, Qarabağ əlilinin haqlı olduğunu təsdiq edəcək. Bizim üçün çox maraqlıdır. Necə olur ki, dövlət başçısı, cənab prezidentimiz həmişə Qarabağ əlillərinə diqqət və qayğı göstərməyin vacibliyindən danışır, məmurlara bu insanlara qarşı ədalətli olmağa çağırır, amma məmurlar öz bildiklərini edir. Niyə? Digər tərəfdən, bütün bunlar ölkəmizdə sahibkarlığın inkişafına ciddi zərbədir.”
Həmsöhbətlərimizin məsələdə başqa nüansların da olduğunu, amma hələlik bundan danışmaq istəmədiklərini dedilər. (qaziler.az)