Məlum olduğu kimi Vergilər Nazirliyi vergi borcunu ödəməyən şou-biznes nümayəndələrinin adlarını açıqlayıb. Vergidən yayınan müğənnilərin siyahısının nazirliyin saytına yerləşdirilməsi qalmaqala səbəb olub. Xalq və əməkdar artistlərin əksəriyyəti isə bu iddaları qəbul etmir. Xatırladaq ki, siyahıda Brilliant Dadaşova, Abbas Bağırov, Mətanət İsgəndərli, Rəqsanə, Gülyanaq Məmmədova, Xəyyam Nisanov, Elza Seyidcahan və digərlərinin adları var. Bəs görəsən, nazirlik müğənnilərin vergi borcunu necə müəyyən edir. Onların hər birinin arxasınca vergi məmuru yollamaq ağlabatan deyil. Buna baxmayaraq, müğənnilərə fantastik məbləğdə vergi cəriməsi gəlir ki, bu da onların haqılı narazılığına səbəb olur.
Gununsesi.info-nun araşdırması zamanı Vergilər Nazirliyinin müğənnilərin qatıldığı el şənliklərindəki iştıraklarının statistikasını necə müəyyən etdiyi bəlli olub. Belə ki, nazirlik Bakı və digər böyük şəhər və rayonlardakı şadlıq evlərinə xüsusi kameralar quraşdırıb. Hər gün şadlıq saraylarını monitorinqdə saxlayan nazirlik bununla həmin saraylardakı müğənninin kimliyini və rübdə neçə dəfə toy aparmalarını öyrənə bilir.
Müğənnilərin oxuduğu toyların qiymətini isə nazirlik təxminən həmin sənətçinin prestijinə uyğun müəyyən edir.
Ən maraqlı məqam isə müğənnilərin öz ailə üzvlərinin, qohumlarının və dostlarının məclisindəki pulsuz çıxışları da verginin statistikasına düşür.
Adının çəkilməsini istəməyən əməkdar artislərindən biri isə Gununsesi.info-ya bildirir ki, nazirlik dövlət tədbirlərində fəal iştirak edən, hakim partiyanın seçki kampaniyasında pulsuz oxuyanlara da rəhm etməyib: “Günlərlə xarici tədbirlərə aparırlar. Təyyarə bileti və otel xərci istisna olmaqla, heç bir qonarar verilmir. Amma Vergilər Vazirliyi bunu görməzdən gəlir. Belə olmaz. Heç olmasa Mədəniyyət və Turizm Nazirliyi bu məsələyə qarışmalıdır”.