Vergilər Nazirliyində kadr və struktur dəyişikliyi aparılıb
Azərbaycan prezidentinin göstərişlərinə əsasən, vergi orqanlarında aparılan islahatlar davam edir. Bu isə həm struktur, kadr məsələrinə, həm də vergi topanılmasında yanaşmalara aiddir. Nazirlikdə yeni qurumlar yaradılıb ki, bunlardan biri də Vergi risklərinin təhlili və nəzarəti adlı baş idarədir. Bu gün vergilər nazirinin müavini İlkin Vəliyev bu idarəyə rəhbərlik edir.
Bunu vergilər nazirinin müavini Sahib Ələkbərov bu gün təşkil edilən mətbuat konfransında çıxışı zamanı deyib.
“Biz ərazilərdən vergi daxilolmalarda çox maraqlıyıq. Rayonlarımız inkişaf edir. Ölkə başçısının tapşırığı onunla bağlıdır ki, onlar dotasiyadan azad edilməyə çalışmalıdırlar. Bununla əlaqədar yeni bir qurum yaradılıb. Bunun rəhbəri isə Elçin Bəylərovdur.
Bizdə dünən kollegiya iclası keçirildi. Yeni bir struktur dəyişikliyi həyata keçirildi. Vergi borcları ilə məşğul olan qurumun fəaliyyətinə yenidən baxıldı. O qurum əvvəl vergi cinayətlərinin ibtidai araşdırılması vergi departamentinin nəzdində fəaliyyət göstərirdi.
Bundan sonra yeni Vergi cinayətlərinin təhlili və məcburi alınması baş idarəsi yaradılıb. Onun rəhbəri isə Zeynalabdin Məmmədzadə təyin olunub. Bu isə ona hesablanıb ki, büdcəyə vergi daxilolmalarının həcmi artsın”.
Onun sözlərinə görə, neftin qiymətinin aşağı düşməsi xeyli vergi itkilərinə səbəb olub:
“Neftin qiymətlərinin kəskin aşağı düşməsi ilə vergi daxilolmalarında xeyli itkilərə məruz qalmağımıza baxmayaraq, vətəndaşlar bunu hiss etməməlidirlər. Sosial cəhətdən həssas təbəqələr dövlət tərəfindən tam himayə olunmalı, onlara çatası hər bir şeyi almalıdırlar. Bizim ən vacib vəzifələrimizdən biri də budur. Nəticələr isə göz qabağındadır. Son 4 ayda proqnoz tapşırığına 104,8% əməl olunub”.