Vergilər Nazirliyində çoxsaylı — KADR DƏYİŞİKLİKLƏRİ

Vergilər Nazirliyində çoxsaylı — KADR DƏYİŞİKLİKLƏRİ Vergilər Nazirliyində çoxsaylı kadr dəyişiklikləri baş verib.

Fins.az xəbər verir ki, dəyişikliklər nazirliyin bəzi departamentlərinin rəhbərlərinə aiddir və böyük ehtimalla verg yığımları sahəsində vəziyyəti yaxşılaşdırmaq məqsədi daşıyır.

Belə ki, Vergilər Nazirliyinin 1 saylı Xüsusi Rejimli Vergi Ödəyiciləri ilə iş departamentinin rəisi Natiq Şirinov vəzifəsindən azad edilərək nazirin müşaviri təyin edilib.

Onu bu vəzifədə nazirliyin ən təcrübəli əməkdaşlarından biri, indiyədək Bakı Şəhər Vergilər Departamentinin rəisi vəzifələrini icra edən Habil Əliyev əvəzləyib. Qeyd edək ki, H.Əliyev həm də nazirin müşaviridir.

Habil Əliyevi isə bu vəzifədə onun müavini Raqif Məmmədov əvəzləyib.
Digər dəyişiklik Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai araşdırılması departamentinin rəhbərliyində baş verib. Həmin departamentin rəhbəri Vüqar İsmayılov nazirliyin Daxili təhlükəsizlik departamentinə gətirilib. Daxili təhlükəsizlik departamentinə indiyədək rəhbərlik etmiş İlham Əhmədov isə vergi cinayətkarlığına qarşı mübarizə departamentinə rəhbər təyin edilib.

Qeyd edək ki, nazirin digər müşavirləri Ələkbər Məmmədov, Riyad Hüseynov, Habil Məmmədov, İlham Əmirəliyev, Taryel Quliyev, Elçin Məmmədov, Rəşad Həbibov, Firuz Həsənov və Əflatun Məmmədovdur.

Oxşar xəbərlər