Trampın tarif qərarından sonra kriptovalyuta bazarı çökdü

Trampın tarif qərarından sonra kriptovalyuta bazarı çökdü ABŞ Prezidenti Donald Trampın Çinə qarşı yeni tariflər tətbiq edəcəyini elan etməsi kriptovalyuta bazarında ciddi enişə səbəb olub.

“Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, bazar dəyərinə görə ən iri kriptovalyuta olan bitkoin Trampın “Truth Social” platformasında yaydığı açıqlamadan sonra 12 faizdən çox dəyər itirib. Bu eniş aprelin əvvəlindən bəri bazarda qeydə alınan ən böyük geriləmə kimi qiymətləndirilir. Ucuzlaşma müəyyən həddə çatdıqdan sonra sabitləşib.

“Bloomberg” qeyd edir ki, Trampın açıqlamasından dərhal sonra investorlar arasında təşviş yaranıb və cəmi bir saat ərzində kriptovalyuta bazarında 6 milyard dollardan artıq mövqe ləğv olunub.

Ekspertlərin fikrincə, tarif qərarının yaratdığı qeyri-müəyyənlik maliyyə bazarlarında risk iştahını azaldıb və bu da rəqəmsal aktivlərə birbaşa təsir göstərib.

Oxşar xəbərlər