Şengen zonasına giriş qaydaları dəyişir

Şengen zonasına giriş qaydaları dəyişir Oktyabrın 12-dən etibarən Şengen zonasına daxil olan 29 Avropa ölkəsində yeni avtomatlaşdırılmış giriş-çıxış sistemi tətbiq olunacaq. Sistem, əsasən, Avropa İttifaqına üzv olmayan vətəndaşlar üçün nəzərdə tutulub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, pasportlara ştamp vurulması ləğv ediləcək və səyyahların məlumatları rəqəmsal olaraq qeyd olunacaq.

Yeni qaydalara əsasən, 12 yaşdan yuxarı şəxslərin fotoşəkili və barmaq izləri alınacaq.

Biometrik məlumatlar, səfərin vaxtı və məkanı daxil olmaqla bütün məlumatlar birgə sistemdə saxlanılacaq. Məqsəd təhlükəsizlik tədbirlərini gücləndirmək və sərhəd keçidlərini sürətləndirməkdir.

Yeni sistem qısa müddətli (90 günədək) səfərlər üçün nəzərdə tutulub. 2026-cı il aprelin 10-dək keçid dövrü qüvvədə olacaq.

Oxşar xəbərlər