Paşinyan: “Uzunmüddətli münaqişədən sonra Azərbaycanla sülh bərqərar olub”

Paşinyan: “Uzunmüddətli münaqişədən sonra Azərbaycanla sülh bərqərar olub” Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan və Azərbaycan arasında uzun illər davam edən münaqişədən sonra nəhayət sülh yaranıb.

Paşinyan bu fikri Düşənbədə keçirilən MDB-yə üzv dövlətlərin Şurasının iclasında səsləndirib.

“Məmnuniyyətlə qeyd edirəm ki, Ermənistan və Azərbaycan arasında uzunmüddətli qarşıdurmadan sonra sülh bərqərar olub,” – deyə Paşinyan vurğulayıb.

Oxşar xəbərlər