Məhəmməd Sadıkovun adı bir müddət əvvəl Dövlət Yol Polisi ilə qalmaqalda hallanmışdı.
Vergilər Nazirliyində növbəti kadr dəyişikliyi baş verib.
Report xəbər verir ki, vergilər naziri Fazil Məmmədov müşavirlərinin sayını 8-ə endirib.
Məlumata görə, nazir müşaviri Məhəmməd Nəcməddin oğlu Sadıkovu vəzifəsindən azad edib. Bununla da vergilər nazirinin müşavirlərinin sayı 9-dan 8-ə enib.
Məsələyə münasibət bildirən Vergilər Nazirliyinin açıqlamasında deyilir: “Məhəmməd Sadıkov artıq Nazirliyin əməkdaşı deyil”.
Xatırladaq ki, Məhəmməd Sadıkovun adı bir müddət əvvəl Dövlət Yol Polisi ilə qalmaqalda hallanmışdı. Həmin vaxt DYP əməkdaşı Cavanşir Qasımov yol hərəkəti qaydalarını pozan sürücü Məhəmməd Sadıxovu saxlamışdı. Bundan sonra polislə sürücü arasında mübahisə düşmüşdü. Hadisədən bir gün sonra isə polis əməkdaşı Cavanşir Qasımov işdən azad edilmişdi.
Məlum olub ki, Məhəmməd Sadıkov Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəis müavinidir. O, Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun oğludur.