Şər və Böhtan yazanlara tutarlı cavab - Musa Şəkiliyev - Özəl

Şər və Böhtan yazanlara tutarlı cavab - Musa Şəkiliyev - Özəl Qax rayon İcra hakimiyyətinin başçısı Musa Şəkiliyevin adı, respublika ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləsiyirlər..

Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, evində mükəmməl bir ata, işində yorulmaz rəhbər, nümunəvi icra başçısıdı. Bu şəxs kimidir? Bu şəxs kasıbçılıqla böyüyən, hər kəsin dostu sadə azərbaycanlı Qax rayon İcra hakimiyyətinin başçısı Musa Şəkiliyevdir. Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, maddi-mənəvi problemləri ilə qəbuluna gələn vətəndaşlara yardımçı olmağı özünə borc bilən bir vəzifə sahibidir Musa müəllim. Bu insan, O qədər məsuliyyətli və diqqətçildirki, hansı rayonda işləməyinə baxmayaraq, həmin rayonun tərəqqisi yolunda əlindən gələni əsirgəmir.

Xatırladaq ki, Qax rayon İcra hakimiyyətinin başçısı Musa Şəkiliyev rayona icra başçısı gəlməmişdən əvvəl başqa vəzifələrdə işləmiş və hər zaman seçilmişdir, bundan sonra ölkə başçısının sərəncamı ilə od içində olan, döyüş poliqonuna bənzəyən Qax rayonuna göndərilir və qısa zaman kəsiyində rayonu laləzara çevirməsi də olanlara əyani sübutdur. Həmişə öz işi və zəmətilə ucalan cənab Şəkiliyevin görəvi bununla yekunnaşmadı. Qax bu günə qədər ALLAHIN da yadından çıxmış rayonlar sırasındaydı. Dağ başında köyə bənzəyən Qax ağlar günə qoymuşlar insafsızlar. Amma, Musa Şəkiliyevin rayona rəhbər gəldiyi gündən, bu coğrafi məkanda bir canlanma bir tərəqqi yaşanmağa başladıldı.

Görəv müddətində Qaxda xaliqələr yaradan Musa Şəkiliyev rayonda məmur-vətəndaş arasında yaranmış uçurumun aradan götürülməsinə start verdi. Vətəndaşları narahat edən problemlərin həlli yerindəcə təşəkkül tapmağa başladı. Hətta rayondakı bir sıra əsas qurumların rəhbərləri ilə küsülü olan əvvəlki icra başçısından öz həyətlərində mal-qara damı tikməyə belə icazə ala bilməyən rayon sakinləri süründürməçilikdən yaxa qurtardı. Rayonda hökm sürən gərgin ictimai durum xoş abu-hava ilə əvəz olundu. Bir sözlə, möhtərəm Prezidentin bu sərəncamı ilə Qax rayonu yenidən xoşbəxt günlərini yaşamağa başladı. Dünənədək mal-qara damının tikintisi yasaq olunan rayonda vətəndaşlara Nuh əyyamındən qalan nimdaş ticarət, iaişə obyektlərinin binalarını yenisi ilə əvəzləməyə şərait yaradıldı, yerli sakinlərin həyat rifahının yaxşılaşması istiqamətində hələdə ciddi işlər aparılır, kanalzasiya sistemleri yenilənir, parklar və istirahət yerləri inşa olunur. Kəndlərə yollar çəkilir, içməli su təminatı yaxşılaşdırılır.

Qeyd edək ki, bütün bunlar məhz Musa Şəkiliyevin Qaxa rəhbər gəlişindən sonara olub. Amma bu gün ölkənin internet mediasında, Qax rayonun icra aparatı işçiləri və rəhbərilə bağlı qərəzli-xöşagəlməz məlumatlar yer alır. Bildirək ki, bir necə müddət bundan əvvəl Qax rayonunda yaşayan əhali sosial sıxıntılar məngənəsində əziyyət çəkəndə heç kəs bu haqda bir kəlmədə olsa yazmırdı. İndi nə baş verib ki, media əhli qaxlıları əzizləyib, onların dərdlərinə şərik olmağa çalışırlar. Rayonda dolandırcılıqla ad qazanan, vəzifə sahiblərini aylıq hesaba oturdan digər icra başçını az qala on ikinci imam elan edən bəzi medi adamları nə oldu ki, birdən, birə Qaxda insan hüquqlarının taptanmasından ağız dolusu danışırlar!?. Bəs bu insanlar illər əvvəl harda idilər, Qaxda iş adamları əzilib təhqir edilirdi. Rayonda əlillər, şəhid anaları, ağsaqqallar, kimsəsizlər adam yerinə qoyulmayanda onda bir kimsə niyə qaxlıların fəryadına çatmırdı!?. Bəyəm, əvvəlki icra başçısı kimilərin hüquqları, Qaxda yaşayan əlillərin, şəhid analarının, ağsaqqalların, kimsəsizlərin hüquqlarından belə artıqdı?... Təbii ki, qara yaxmaqla öz əxlaqını ortaya qoyanlar gec, tez cavablarını alırlar. Elə Əvvəlki icra başçısı kimi... Əminik ki, hər zaman olduğu kimi, bu dəfə də, şər-böhtanla Musa Şəkiliyevi sevdiyi işindən ayırmaq mümkün olmayacaq, yazılan böhtanları ərsəyə gətirənlərə məğrur şəkildə sinə gələcək. Öz zəngin daxili keyfiyyətləri ilə barəsində yazdırılan bütün böhtanlara baxmayaraq, onu istəməyənlərə cənab Şəkiliyevin verdiyi ən tutarlı cavab, təbii ki, hər kəsə nümunə olan fəaliyyəti olduğuna inanırıq. Hər kəs bilməlidir ki. zəhməti ilə ucalanlar seçilmişlərdir. Allah tərəfindən ucalanları bəndə alçalda bilməz. Yeri gəlmişkən “yel qayadan nə apara bilər ki...”. Vəssalam.


Şər və Böhtan yazanlara tutarlı cavab - Musa Şəkiliyev - Özəl
Şər və Böhtan yazanlara tutarlı cavab - Musa Şəkiliyev - Özəl
Şər və Böhtan yazanlara tutarlı cavab - Musa Şəkiliyev - Özəl
Şər və Böhtan yazanlara tutarlı cavab - Musa Şəkiliyev - Özəl
Şər və Böhtan yazanlara tutarlı cavab - Musa Şəkiliyev - Özəl
Şər və Böhtan yazanlara tutarlı cavab - Musa Şəkiliyev - Özəl
Şər və Böhtan yazanlara tutarlı cavab - Musa Şəkiliyev - Özəl

Oxşar xəbərlər