Vasif Əmirov: Azərbaycan neftinin dünya bazarlarına çıxarılması istiqamətində Ulu Öndərin fəaliyyəti

Vasif Əmirov: Azərbaycan neftinin dünya bazarlarına çıxarılması istiqamətində Ulu Öndərin fəaliyyəti Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, evində mükəmməl bir ata, işində yorulmaz rəhbər, nümunəvi İdarə rəisi. Bu şəxs kimidir? Bu şəxs kasıbçılıqla böyüyən, hər kəsin dostu sadə azərbaycanlı Vasif Əmirovdur. Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, maddi-mənəvi problemləri ilə qəbuluna gələn vətəndaşlara yardımçı olmağı özünə borc bilən bir vəzifə sahibidir Vasif müəllim. Bu insan, O qədər məsuliyyətli və diqqətçildir ki, hansı vəzifədə işləməyinə baxmayaraq, əlindən gələni əsirgəmir.

Neft Kəmərləri İdarəsinin rəisi Vasif Əmirov - Müstəqil Azərbaycanın memarı Heydər Əliyevin neft strategiyasının əsas istiqamətlərindən biri neftimizin dünya bazarına nəqli idi. Bu sahədə də həmişəyaşar liderimiz uğurlu addımlar atıb. Neftimizin dünya bazarlarına çıxarılmasının təmin edilməsi məqsədi ilə strateji əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan ixrac boru kəməri layihəsini gerçəkləşdirib. Yalnız Heydər Əliyevin yüksək nüfuzu və müxtəlif ölkələrin dövlət və hökumət başçıları siyasi, işgüzar dairələrin nümayəndələri, neft şirkətlərinin rəhbərləri ilə mütəmadi danışıqları nəticəsində Azərbaycan neftinin Türkiyəyə daşınması barədə mühüm hökumətlərarası sazişlər imzalanıb. Xəzərin Azərbaycan bölməsindəki neft və qaz yataqları 1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul Zirvə görüşünün gedişində ulu öndər, Gürcüstanın Prezidenti Eduard Şevardnadze və Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirəl "Xam neftin Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Cümhuriyyətinin ərazilərilə Bakı-Tibilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə” dair saziş imzalayıblar. Eyni zamanda Azərbaycan Respublikası, Gürcüstan, Türkiyə Cümhuriyyəti, Qazaxıstan Respublikası və Amerika Birləşmiş Ştatlarının Prezidentləri bu layihəni dəstəkləyən "İstanbul Bəyannaməsini” imzalayıblar. Bununla da Azərbaycanın uzunmüddətli siyasi, iqtisadi mənafelərinin təmin edilməsi, genişmiqyaslı beynəlxalq əməkdaşlığın həyata keçirilməsi, eyni zamanda regionda sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar edilməsi üçün Heydər Əliyev tərəfindən növbəti mühüm addım atılıb.
Heydər Əliyevin dərin düşünülmüş neft strategiyası nəticəsində Azərbaycan Xəzər dənizinin nəhəng enerji potensialını ilk mənimsəyən, Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan bir dövlətə, dünyanın neft mərkəzlərindən birinə çevrilib.

Ulu Öndər Heydər Əliyevin neft strategiyası barədə danışan Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov qeyd edib ki, ölkəmizin siyasi və iqtisadi müstəqilliyinə təkan verən hadisələrdən biri 1994-cu ilin 20 senytabrında imzalanmış "Əsrin Müqaviləsidir”. Onun sözlərinə görə, məlum müqavilənin imzalanması dünyaca məşhur neft şirkətlərinin ölkəmizə sərmayə qoymasına şərait yaradıb. Bu da ölkəmizin müstəqilliyinin və suverenliyinin daimiliyinin qarantı sayılır: "Neft strategiyası düzgün seçildi. Azərbaycana milyardlarla vəsait daxil oldu. Azərbaycanın dövlət büdcəsi 30 milyarda yaxınlaşır. Xarici şirkətlərin Azərbaycana maraq göstərməsi və investisiya qoyması ölkəmiz üçün çox önəmlidir. Hazırkı ölkə başçısı cənab İlham Əliyev də həmin strategiyanı davam etdirir. Ölkədə neft sənayesinin inkişafı üçün yaradılan Neft Fondu əyani sübut kimi göstərə bilərik. Bu, dahi liderin neft strategiyasının davamı hesab olunur”.

İnsanların həyat səviyyəsinin və sosial vəziyyətinin yaxşılaşdırılması, sosial məsələlərin həlli, yoxsulluğun azaldılması istiqamətində mühüm işlər görülür, əhalinin pul gəlirləri artmaqdadır. Ümummilli liderimizin neft strategiyasından, bu strategiyanın Azərbaycan və onun xalqına verdiyi və verəcəyi töhfələrdən çox danışmaq, yazmaq olar. H.Əliyevin uğaqgörən və müdrik siyasətini geniş analiz etmək üçün böyük zaman lazımdır., Yazını ümummilli liderimizin fikri ilə necə başlamışdıqsa, onun fikri ilə də yekunlaşdırırıq: “Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün ölkəmizin inkişaf etməsi üçün ən əsas amildir”.


Vasif Əmirov: Azərbaycan neftinin dünya bazarlarına çıxarılması istiqamətində Ulu Öndərin fəaliyyəti

Vasif Əmirov: Azərbaycan neftinin dünya bazarlarına çıxarılması istiqamətində Ulu Öndərin fəaliyyəti

Oxşar xəbərlər