1994-cü ildən Baş Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsinə təyin edilmiş polis general-mayoru R.M.Zeynalovun rəhbərliyi altında bir sıra nailiyyətlərə imza atılmışdır
Bu qurumun səlahiyyətlərinə bir çox əhəmiyyətli və mürəkkəb vəzifələr aiddir. DYP aparatlarının və hissələrinin fəaliyyətinə təşkilati-metodiki rəhbərliyin həyata keçirilməsi, yol hərəkəti təhlükəsizliyinə aid qaydaların, standartların və texniki normaların işlənib hazırlanmasında iştirak edilməsi, yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin uçotunun aparılmasının təşkili, yol hərəkəti təhlükəsizliyi məsələləri üzrə hüquqi və fiziki şəxslərin müraciətlərinə baxılması, DYP əməkdaşları barədə daxil olmuş müraciətlərə baxılması, şikayətlərə səbəb olan neqativ halların qarşısının alınması üçün tədbirlər görülməsi, yol hərəkətinin təhlükəsizliyi məsələləri üzrə elmi-tədqiqat işlərinin aparılmasında iştirak edilməsi, avtomobil yollarının, küçələrin, dəmir yolu keçidlərinin yol hərəkəti üçün təhlükəsiz vəziyyətdə saxlanılmasının, küçə və yolların hərəkəti tənzimləyən vasitələrlə təhciz olunmasının təşkili, Respublika və yerli əhəmiyyətli yolların tikintisi layihələrinə yol hərəkəti təhlükəsizliyi baxımından rəy verilməsi, yeni və yenidən qurulmuş yolların, yol qurğularının və dəmir yolu keçidlərinin istismara qəbulu üzrə dövlət və işçi komissiyalarının işində yol hərəkətinin təhlükəsizliyi şərtlərinə əməl olunması baxımından iştirak edilməsi, küçə və yollarda, habelə dəmir yolu keçidlərində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, texniki təmin işlərinin görülməsi sahəsində tələblərin yerinə yetirilməsinin təşkili bu vəzifələrin heç də tam siyahısı deyildir.
1994-cü ildən Baş Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsinə təyin edilmiş polis general-mayoru R.M.Zeynalovun rəhbərliyi altında belə bir çətin, ağır və eyni zamanda şərəfli xidmət sahəsində bir sıra danılmaz uğurlar əldə edilmişdir. Əminliklə demək olar ki, son illər ərzində DYP strukturlarında davamlı və ardıcıl olaraq həyata keçirilən islahatlar dünyanın bir çox dövlətlərinə də nümunə ola biləcək səviyyədədirlər. Müstəqilliyimizin ilk illərində Azərbaycanda "Yol hərəkəti haqqında" qanun qəbul olundu və bu barədə Birləşmiş Millətlər Təşkilatının müsbət rəyi alındı. Postsovet məkanında olan ölkələr də məhz bu qanunu model olaraq götürdülər. Digər tərəfdən, ölkəmizdə yol polisi xidmətinin struktur tərkibinin yeniləşməsi və təkmilləşməsi istiqamətində də daim lazımi dəyişikliklər aparılır. Nəzarət və idarəçilik funksiyasında işin daha səmərəli təşkili baxımından köklü islahatlar həyata keçirilib. Birmənalı şəkildə demək olar ki, bu gün Daxili İşlər Nazirliyində, o cümlədən dövlət yol polisi xidmətində aparılan islahatlar populist xarakterli və eksperiment yönümlü deyil. Beynəlxalq təcrübədən ən yaxşı nümunələrin öyrənilməsi əsasında risklərdən uzaq, çox mərhələli və uzun müddətə hesablanmış islahatlar DYP əməkdaşlarına hərəkətin təhlükəsizliyinin təmini kimi son dərəcə vacib vəzifənin öhdəsindən layiqincə gəlməyə imkan verir.
P.S. Bu yüksək vəzifəli şəxslər barədə yalan dolu məlumatlar yazan saytların çirkli yollarla pul qazanmaq niyyəti məlum olub. Həmin saytlar ifşa olunub və yazılar saytlardan silinib. Amma həmin yazıları hazırlayan insanlar düşünməlidilər ki, uzun illər dövlətçiliyə sədaqətlə xidmət edən və yüksək vəzifələrdə çalışan insanları şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər.
Baş Dövlət Yol Polisi İdarəsində Texniki Baxış Şöbəsinin müdiri Qoşqar Zeynalov