Şər və Böhtan yazanlara tutarlı cavab - Bakı Neft-Energetika Kollecinin direktoru Mehman Abduləzizov - Özəl

Şər və Böhtan yazanlara tutarlı cavab - Bakı Neft-Energetika Kollecinin direktoru Mehman Abduləzizov  - Özəl Təəssüf ki, bəziləri, xüsusən də mətbuatda olanların bir qismi Bakı Neft-Energetika Kollecinin direktoru Mehman Abduləzizovun uğurunu görmək istəmirlər. Xülyalarını həqiqət kimi qəbul etdirməyə çalışırlar. Mətbuatda Mehman Abduləzizovu gözdən salmaq üçün "Bakı Neft-Energetika Kollecində nə baş verir?", Mehman Abduləzizovun Bakı Neft-Energetika Kolleci adlanan bazarı, Bakı Neft-Energetika Kollecində sessiya yığımları başa çatıb - vəya obyekt, villa şəkillərini ictimailəşdirərək guya Mehman Abduləzizova aiddir.. Amma bunlar əsassız məlumatlardır. Əslində Mehman Abduləzizov haqqında yazılanlara təəccüblənmirik. Çünki Mehman müəllimin Bakı Neft-Energetika Kollecində gördüyü uğurlu işləri qaralayanlar hələ çox olacaq.
Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun. Əyri prizmadan məqsədli fikirlər yazana da, yazdırana da, barəsində yazılana da ziyan gətirir.
Həmkarlarımıza demək istərdik ki, heç bir “etibarlı mənbə” Bakı Neft-Energetika Kollecinin direktoru Mehman Abduləzizovu əvəz edə bilməz. Getdik, gördük və yazdıq. Və dahi Sabirin sözləri ilə yazıya başlayırıq:
Neyləməli, göz görür, əqlim kəsir,
Mən günəşi göydə dana bilmərəm.

Mehman Abduləzizov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən bir şəxsiyyətdir.

Mehman Abduləzizov yüksək texniki biliyi və təhsili olan, yüksək tibbi, iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Mehman Abduləzizov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Mehman Abduləzizovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Mehman Abduləzizov heç zaman mənəm-mənəm deməyib, o, sadəcə öz vəzifələrini yüksək səviyyədə yerinə yetirib!

P.S. qanuninfo.az olaraq bəzilərinin diqqətinə çatdırır ki, Bakı Neft-Energetika Kollecinin direktoru Mehman Abduləzizovun bizim müdafiəmizə ehtiyacı yoxdur. Yalan, böhtan xarakterli məlumatlar hazırlayıb yayan, bu məlumatlarla Bakı Neft-Energetika Kollecinin direktoru Mehman Abduləzizovun şərəf və ləyaqətini alçaltmaq düşüncəsində olan qəzet və saytlar həmin şantaj xarahterli yazılara görə üzr istəyəcəklər.


Oxşar xəbərlər