Rusiya ilə münasibətlər ABŞ-ın gündəmində dayanan bir nömrəli məsələdir.
Bu barədə siyasətçi Qabil Hüseynli Ölkə.Az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, Amerika bu problemi yaxın bir neçə ildə həll etməyi planlaşdırır.
“Donald Trampın Rusiya dövlətinə qarşı xoş münasibəti də bu məsələdə rol oynamayacaq. Çünki Trampa imkan verməyəcəklər. Prezidentlik kürsüsündə Tramp müvəqqəti adama bənzəyir. Proseslər də göstərir ki, o, siyasətdə çox naşı hərəkətlər edir”, - deyə Q.Hüseynli bildirib.
Siyasətçinin fikrincə, vəzifəyə başlayandan sonra Trampın 2 çıxış yolu olacaq, ya Rusiyaya qarşı mövqeyini dəyişsin, yaxud da, könüllü şəkildə istefa versin:
“Trampa ABŞ-ın siyasi fəaliyyəti barədə yenidən “dərs” keçəcəklər. Tramp “kukla” kimi kənardan verilən məlumatları yerinə yetirəcək. Yaxud da, onu impeachment (məhkəmə yolu ilə vəzifədən uzaqlaşdırılma) yolu ilə vəzifədən uzaqlaşdırılacaq. Əgər Tramp diktə siyasətini aparmasa, onu işdən uzaqlaşdıracaqlar, yaxud özü istefa verəcək. Bu daha real görünür”.