Trampın ailəsi Ağ Evə köçməyi təxirə saldı

Trampın ailəsi Ağ Evə köçməyi təxirə saldı ABŞ-da prezident seçilmiş Donald Trampın həyat yoldaşı və oğlu tacqoyma mərasimindən sonra Ağ Evə köçməyəcəklər.

"The New York Post" nəşri xəbər verir ki, Donald Trampın 10 yaşlı oğlu və həyat yoldaşı Ağ Evə köçməyə tələsmirlər. Trampın qəzetə vediyi açıqlamada bildirilir ki, 10 yaşlı Berron Tramp anası ilə birlikdə Yuxarı İst-Sayd şəhərində oxuduğu məktəbi bitirdikdən sonra Vaşinqtona, Ağ Evə atasının yanına köçəcək.

Xatırladırıq ki, noyabrın 8-də ABŞ-da keçirilən prezident seçkilərində Respublikaçıların namizədi Donald Tramp qələbə çalmışdı. Onun 20 yanvar 2017-ci il tarixində vəzifəsini Barak Obamadan təhvil alacağı gözlənilir.

Oxşar xəbərlər