Donald Trampın qələbəsi bütün siyasi proqnozları, sosial araşdrmaları, rəy sorğularını alt-üst etməyi bacardı.
Hər halda Trampın öz düşərgəsində onun zəfərinə inananların sayı demokratlardan çox olmayıb.
Çünki seçki öncəsi bütün rəy sorğuları məhz Hillari Klintonu irəlidə göstərirdi.
The Washington Post-un yazdığına görə, amerikalıların əksəriyyəti (xüsusilə də media) Trampa göstərilən və onu qələbəyə aparan dəstək dalğasını görməzliyə vurub.
Lakin Vaşinqtonda yaşayan bir professor Trampın qələbəsində təkid edirdi. Həmin professor sentyabrın 9-da eyni qəzetə verdiyi müsahibədə seçkidə Trampın qələbə qazanacağını iddia etmişdi.
Alan Lixtman, Vaşinqtonda yerləşən Amerikan Universitetinin professorudur. Bu alim 1984-cü ildən bu yana keçirilən prezident seçkilərinin nəticələrini öncədən təxmin edə bilib. Buna görə onu "seçki Nostradamusu” adlandırırlar. Lakin başqa öncəgörənlərdən fərqli olaraq Lixtman öz "fal”ını elmi metodlar və hesablamalar üzərində qurur.
Alan Lixtman 80-ci illərin əvvələrində geofizik Keylis-Brok-un zəlzələlərini öncədən görməyə imkan verən metoddan ilhamlanaraq "Ağ Evə gedən yolun 13 açarı” adlı kitabında seçkilərin nəticələrinin proqnozlaşdırılması metodunu işləyib hazırlayıb.
Həmin metod bu günə qədər Lixtmanı yanıltmayıb.
Buna görə seçkilərin nəticələrinin müəyyən olunması üçün 13 əsas "açar”dan istifadə olunmalıdır.
Lixtmanın metodunda əsas xətt "seçkilərin hakimiyyətdə olan partiyanın icraatlarına olan reaksiya olması” ideyası üzərində qurulub.
Sentyabr və oktyabr aylarında "The Waşinqton post”a verdiyi müsahibələrdə o, prezident Barak Obamanın ikinci dövrünün demokratları necə çətin vəziyyətə saldığıını, bu səbəbdən onun tətbiq etdiyi "açarlar”ın seçkilərdə balansın respublikaçı namizədin xeyrinə dəyişdirərək önə çıxarmasından bəhs etmişdi.
Lixtman bu fikirlərini özünün "Növbəti prezident kim olacaq: Ağ Ev 2016 seçkilərinin açarları” kitabında da göstərib.
Həmin vaxt müxbirin "rəy sorğuları Hillari Klintonun öndə getdiyini söyləyir, buna nə deyə bilərsiniz” sualına Lixtman belə cavab vermişdi:
"Rəy sorğuları öncədən nəyi isə təxmin edə bilməz. Onlar seçki öncəsi ani çəkilən fotoşəkillərə bənzəyir. Bu sorğuları həyata keçirənlər seçkilərdən daha çox sui-istifadə etməklə məşğul olurlar”.
Lixtmanın fikrincə, rəy sorğusunu aparanlar sadəcə olanı qeyd edən məmurlar kimidir, lakin qətiyyən elmi təhlilçi deyillər.
Amerikalı professorun fikrincə, əslində son prezident seçkilərində məğlubiyyətə görə nə demokratları, nə Klintonu, nə də onun komandasını günahlandırmaq lazım deyil.
"Bu Amerikanın siyasətini müəyyən edən daha böyük qüvvələrin qərarıdır”,- o qeyd edərək əlavə edib: "Sadəcə demokratlar respublikaçıların siyasətinə daha tərəqqipərvər alternativ irəli sürməli və işə yenidən başlamalıdırlar”.
Sentyabr ayında"Vaşinqton post” müxbiri ilə etdiyi söhbətdə "falçı” professor daha bir müdhiş kəhanəti ortaya atmışdı.
Ona görə hətta Tramp prezident seçilsə belə, respublikaçıların üstünlük təşkil etdiyi Konqress tərəfindən impiçmentə, yəni etimadzııq votumuna məruz qalacaq, onu yerinə isə respublikaçı elitarlarırn inandığı və tanıdığı vitse-prezident Maykl Pens keçəcək.
"Mən daha bir proqnoz verməyə hazıram” deyə o, müsahibəsində deyib. "Bu hansısa sistemə əsaslanmayıb. Bu sırf mənim fikrimdir. Onlar Trampı prezident kimi görmək istəmirlər, çünki ona nəzarət edə bilmirlər. Tramp sağı-solu bəlli olmayan adamdır. Bu səbəbdən Maykl Pens onların daha ürəyincədir. Pens respublikaçıların prinsiplərinə sadiqdir, mühafizəkardır və nəzarət oluna bilinən adamdır. Mən qəti surətdə əminəm ki, Tramp impiçment üçün onların əlinə hansısa bəhanə verəcək”.
Lixtmana görə, hətta noyabrın 8-də respublikaçıların namizədinə səs verənlərin 90%-nin məhz Trampa görə seçkiyə gəlməsi də onun partiyanin lideri olacağı anlamına gəlmir.
Qeyd olunur ki, Donald Trampın impiçmentə məruz qalacağı fikri təkcə Lixtmana məxsus deyil. "Nyu York Tayms” qəzetinin yazarı Devid Bruks da Trampın yaxın gələcəkdə impiçmentlə və ya öz istefası ilə prezidentlik vəzifəsi ilə vidalaşacağını yazıb.(musavat.com)