Respublikaçı seçicilərin 78%-i Trampa səs verir.
ABŞ prezidentliyinə Respublika partiyasından namizəd Donald Tramp Demokratik partiyadan namizəd Hillari Klintonu bir faiz qabaqlayıb.
TASS xəbər verir ki, bunu Reuters agentliyinin və “İpsos” tədqiqat şirkətinin ictimai fikri öyrənmək üçün keçirdiyi sorğunun nəticələri göstərir.
Avqustun 26-dan sentyabrın 1-nə qədər keçirilən tədqiqatın nəticələrinə görə, potensial seçicilərin 40 faizi Trampı, 39 faizi isə Klintonu dəstəkləyir.
Müqayisə üçün xatırladaq ki, daha öncə namizədlər arasındakı fərq 12% idi. Seçicilərə dörd namizəddən birini seçmək təklif edildikdə, respublikaçı və demokratik namizədin tərəfdarlarının sayı 39%-dən ibarət olub.
Respublikaçı seçicilərin 78%-i Trampa səs verir. Sorğu internet vasitəsilə ABŞ-ın 50 ştatında 1804 seçici arasında keçirilib.