“Bu, şəxsən Rusiya prezidentini dəstəkləmək anlamına gəlmir”
Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Barak Obamadan dəfələrlə güclü liderdir.
Bunu ABŞ-da respublikaçılardan prezidentliyə namizəd Donald Tramp CNN telekanalında yayımlanan debatlar zamanı deyib.
“Düşünürəm ki, Putin Rusiya üçün çox güclü liderdir. Hətta Barak Obamadan dəfələrlə güclüdür”, - Tramp bildirib.
Eyni zamanda siyasətçi vurğulayıb ki, bu, şəxsən Rusiya prezidentini dəstəkləmək anlamına gəlmir.
Tramp Putinə olan münasibətini dəqiqləşdirməyib, sadəcə faktları qeyd edib.
“Putin güclü liderdir. Mən bir çox güclü, eyni zamanda bir çox zəif liderlərin adını çəkə bilərəm. Mən bu barədə pis və ya yaxşı mənada demirəm”, - o əlavə edib.
Tramp həmçinin etiraf edib ki, daha öncə Almaniya kansleri Angela Merkeli güclü lider hesab edirdi, amma onun “Almaniyanın başına gətirdiklərini” gördükdə məyus olub.
“Almaniya indi bədbəxtçilikdir”, - milyarder bildirib.
Donald Tramp – ABŞ-da prezident postuna namziədliyini irəli sürmüş amerikalı milyarderdir. O, öz çıxışlarında Ağ evin hazırkı rəhbərini kəskin tənqid edir, müasir dünyanın problemlərinə dair kəskin bəyanatlar verir və heç də birmənalı olmayan siyasi vədlər verir.