“Seçicilər başqa yolu seçdilər”
Donald Trampın respublika nominasiyası uğrunda mübarizədə yeganə real rəqibi Senator Ted Kruz ABŞ prezidentliyi uğrunda mübarizəni dayandırdığını bu gün elan etdi.
Beləliklə də respublikaçıların yeganə namizədi milyarder Donald Tramp oldu.
“Mən əvvəldən demişdim ki, əgər bu qələbəyə aparana yol olacaqsa, sona qədər gedəcəm. Bu gün mən təəssüflə deyirəm ki, deyəsən, bu yol bağlıdır”, - Kruz deyib.
“Seçicilər başqa yolu seçdilər”, - o əlavə edib.
“Ürəyimdə sıxıntı ilə, amma ölkəmizin uzunmüddətli gələcəyi ilə əlaqədar sonsuz optimizmlə biz kampaniyamızı dayandırırıq”, - Kruz əlavə edib.
Donald Trampa İndianada praymerizdə məğlub olan Kruz Respublika partiyasından prezidentliyə namizədliyini irəli sürmək şansını demək olar ki itirdi.
Trampın partiya deleqatlarından 1000 səsi var, Kruzda isə bu səslərin sayı 600-dən azdır.