Tramdan Rusiyanı "qıcıqlandıracaq" — TƏYİNAT

Tramdan Rusiyanı ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp yeni müdafiə nazirinin adını açıqlayıb.

Reuters xəbər verir ki Pentaqonun başçısı vəzifəsinə general Ceyms Mettisin namizədliyi irəli sürüləcək. Təyinat dekabrın 5-i rəsmən elan olunacaq.

Qeyd edək ki, Tramp bu barədə tərəfdarları ilə seçkilərdən sonra keçirdiyi ilk görüşdə açıqlama verib. Ceyms Mettis “Quduz köpək” ləqəbi ilə tanınan dəniz piyadalı korpusunun istefada olan generalıdır.

Ceyms Mettis Rusiya prezidenti Vladimir Putinin qatı tənqidçisidir. O, dəfələrlə Rusiyanı “yırtıcı” dövlət adlandırıb.

Oxşar xəbərlər