Tramp: "Prezident seçilsəm Londonun müsəlman merini..."

Tramp: Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp yenə gündəmdədir

Seçkiqabağı kampaniyası zamanı müsəlmanları ABŞ-a buraxmayacağına söz verən Tramp Londonun yeni seçilmiş müsəlman meri üçün istisna halının olacağını deyib.

Trampa Sadiq Xanın London meri seçilməsi haqda sual ünvanlanıb və gələcəkdə onun ABŞ-a buraxılıb-buraxılmayacağı haqda soruşulub.

"Bilirsiniz, istisna halları həmişə var. Sözün düzü mən Sadiq Xanın London meri seçilməsinə ürəkdən sevinirəm. Amma unutmayın ki, Londonda müsəlman radikallarının yaşadığı rayonlar var və ora hətta polis belə girməyə qorxur", deyə Tramp özünəməxsus tərzdə jurnalistlərin suallarını cavablandırıb.

Oxşar xəbərlər