*99 33 taksi xidmətindən yəqin ki, heç olmasa bir dəfə istifadə etmisiniz. Ancaq mən hər gün demək olar ki, puluma qənaət etmək üçün bu xidmətdən istifadə edib, işə gedib, gəlirəm. Hər dəfə də bir rəzillik, hər dəfə də bir biabırçılıq.
Ünvanı dəqiq tapa bilməmələri bir yana, hələ üstəgəl xanım sərnişini düşürüb, pul da xırdaladırlar.
Kobud, səriştəsiz, adi küçələri tanımayan sürücüləri işə götürən *99 33 taksi xidməti görəsən bu biabırçılığa necə göz yumur? Ən əsası da niyə göz yumur?!
Başıma gələn olayı anladım, siz də bilib agah olun və özünüzə yazığınız gəlsin deyə, olan qalan əsəblərinizi də bu xidmətdən istifadə edərək alt-üst etməyin.
Saat 11:25 - də taksi sifariş verdim. Düzdür, çox gec gəlmədi. Amma dediyim ünvanı tapa bilmədi, yalandan sms yollayıb ki, çıxmışam görürəm yoxdur. Zəng edirəm deyir ki, filan yerdəyəm. Deyirəm 50 m. qabağa sür, hər nəysə səhv sürdü, özüm ayaqla gedib onu tapmışam. Deyir gedəcəyiniz ünvan, deyirəm Azinko. Pis yaxşı gətirdi məni ... Beş manat pulum var, indi 2 manat 60 qəpik çıxmalıdır. Deyir get özün xırdala. Deyinə-deyinə qarşıdakı kafedə pulu xırdalamışam, deyirəm gəl kafedən apar pulu, yalandan deyir ayağım işləmir. Gedib pulu verirəm deyir ki, sizə belə lazım idi...
Dünyanın hər yerində taksi xidmətləri var. Hər birinə də seçmə sürücülər seçilir. Taksi xidmət sektorudur. Amma *99 33 xidməti bu prinsipə tamamilə ziddir.
Məndən sizə məsləhət, pulunuza yox, canınıza heyfiniz gəlsin və bu xidmətdən istifadə etməyin !
ƏFRUZƏ AĞAYEVA - big.az