Jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (102-ci say) təqdim edirik.
Ötən həftə yazılan 54 şərhin hər birinin müəllifinə təşəkkür edirəm. Jalə xanımın "sizə necə müraciət edək-bəy, müəllim, qardaş?" sualına cavabım budur. Dost bilənin dostu, qardaş bilənin qardaşıyam. Asi adlı oxucunun şərhi isə mənə görə digərlərindən fərqlənirdi.
İndiki müğənni, keçmiş rəqqasə Sevda Sanaliyeva ailəsi ilə bir efirdə qonaq olub. Hər şeydən bir az danışıblar. Axırda Sevdanın əri deyib ki, Sevdanı yaman bərk qısqanıram. Ona görə də nə vaxtsa sənətdən tam uzaqlaşacaq. Bax sevgi budur, istək belə olur. Görür ki, qəfil sənətdən uzaqlaşsa, Sevdaya pis təsir edər, kefi pozular, qanı qaralar, əhvalı korlanar. Ona görə də deyir ki, elə rəhmətlik Bəşir Səfəroğlu demişkən, yavaş-yavaş uzaqlaşsın. İllərin sərbəstliyini günlərin birində dörd divarın əvəzləməsi çətin olar axı.
Sizi bilmirəm, amma indi haqqında danışacağım ifaçının sənətə ilk addımları yadımdadır. Baxmayaraq ki, yaşca məndən böyükdür, hazırda 40-41 yaşı var. Çünki sənətə gələndə yaşı 30 civarındaydı. Söhbət İlhamə Qasımovadan gedir. Deyir ki, bir neçə ildir, toylara getmir, gedəndə də məclis sahibinə şərt qoyur. Davam edək:
"Dəvət olanda ancaq öz repertuarımı oxuyuramsa, gedirəm. Soruşurlar ki, canlı çalğıçılarla oxumaq mümkündürmü? Deyirəm ki, mən onu bacarmıram. Əlbəttə, məşq eləsəm, bacararam. Mənim sahəm deyil o. Mən xalq mahnılarımızı sevirəm. Onları öyrənib oxuya bilərəm, amma adam qorxur. Çünki bir veriliş olmuşdu və orada bir estrada-vokal növündə oxuyan müğənnimiz maraqlı və şən formada 6-8 ritmlik bir mahnı ifa etdi. Amma üzünə deyib-gülən müğənnilər onun arxasından dedilər ki, "bu da acından ölür, özünü reklam edir, toy tutmaq istəyir". Mən də qorxdum ki, deyəcəklər, acından ölür deyə toy mahnısı oxuyur".
Doğrudanmı insan keçmişini bu qədər tez unudur? Bu şəxs anlamır ki, Azərbaycanın ən nəhəng sənətkarları da toylara gediblər. Ona görə yox ki, acından ölüblər. Ona görə ki, xalqın tələbatı olub, məclislərində görmək istəyiblər. Görünür, bu sənətçi Zeynəb Xanlarova olmaq iddiasındadır. Ancaq bu, dağın ətəyində durub zirvəsini arzulamaq kimi bir şeydir. Yazacaq çox sözlər var. Amma ən vacibi budur ki, imkan olanda 10 il əvvəli xatırlamaq pis olmazdı. Belə sənətçiləri çox görmüşük, sponsor, yaxud ər adıyla "sponsorluq edən" əlini çəkən kimi həmin sənətçi nəinki toylara, hətta cümə axşamlarına mərsiyə deməyə də gedib.
Türkiyədə bir neçə sənətçi Üzeyirin mahnısının üstündə qırğına çıxıb. Hamısı da özünə görə tanınan ifaçılardı. O deyir, mənə satıb, bu deyir, mahnını hamıdan əvvəl özüm almışam. İndi son qərar Üzeyirindi. Siz də deyirsiniz ki, oxuya bilmir, bacarmır, meyxana deyir. Başa düşürəm, hamınızı Əli Mirəliyev yoldan çıxardıb.
Gənc müğənni Aysel Əlizadə deyib ki, kasıb oğlana da ərə gedər. Yaxşısı budur özünüz oxuyun:
"Biz müğənnilər yüksək həyat tərzinə, bu cür yaşamağa öyrəşmişik. Amma yazdılar ki, guya demişəm "soğan-çörək yemərəm". Elə deyil. Ərə gedəcəyim oğlan kasıb olsa nə olar, əsas ağıllı olsun. Mənim sponsora ehtiyacım yoxdur. Kimsə istəsə, ona sponsorluq edərəm".
Zarafat deyil e, yüksək həyat təzinrə öyrəşiblər. Əksəriyyəti ölkənin ən bahalı otellərini, ən gözəl bağlarını, villalarını gəzib. Eləsi var ki, lap bircə gecəlik də olsa, həmin gözəl yerləri görüb. Kim nə edib, özü bilər. Bizə o qalır ki, Ayselə bir halal süd əmmiş kasıb oğlan arzulayaq.
Təranə Qumral müsahibə verib. Şəxsən mən o müsahibəni üç dəfə oxudum. Söyləyib ki, Musa müəllimin xasiyyəti çox ağırdı, əsəbidir, yolda gedəndə digər sürücüləri söyür. Bunu ona görə yazdım ki, həmin müsahibəni mütləq tapıb oxuyasınız. Əgər tapsanız, yeməkdən bir saat əvvəl oxuyun, üstündən bir stəkan su için, ardınca bir də oxuyun. Faydasını özünüz görəcəksiniz.
Tanınmış türkiyəli aktrisa Meral Konrat ("Təhminə" filminin baş qəhrəmanı) deyib ki, Fəxrəddin Manafov məni aldadıb. Məsələ bundan ibarətdir ki, illər öncə bu aktrisa Zülfiyyə Xanbabayevanın klipinə çəkilib. Dediyinə görə, Manafov onu aldadıb ki, "Təhminə" filminin ikinci hissəsi çəkilir. Nəysə, bax belə bir qarışıq məsələdir. Sizi bilmirəm, mənim o film də gözümdən düşdü, o obrazlar da... Gərək bu məsələni öz aralarında həll edərdilər.