Suriya-Türkiyə sərhədində partlayış: Ölənlər var

Suriya-Türkiyə sərhədində partlayış: Ölənlər var Türkiyə ilə sərhəddə Suriyanın Atme kəndi ərazisində baş verən partlayış zamanı ən azı 35 nəfər ölüb.

Bu barədə “Əl-Ərəbiyə” telekanalı məlumat yayıb.

Məlumata görə, ölənlərin əksəriyyəti Suriyanın müxalif qruplaşmalarının üzvləridir.

Bununla yanaşı, “Sinxua” agentliyinin məlumatına görə, partlayışı terrorçu kamikadze törədib. O, müxalifətə məxsus “Suriya Azadlıq Ordusu” qruplaşmasının avtobusunda özünü partladıb.

Oxşar xəbərlər