“Tərəfləri hərtərəfli sülh sazişi üzərində iş aparmağa çağırırıq”
Mənim dəfələrlə bəyanatlarımda bildirdiyim kimi, eyni zamanda Dövlət Departamentinin sözçüsü və Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin dəfələrlə bəyan etdiyi kimi, biz tərəfləri danışıqlar masası arxasına əyləşmək və geniş, hərtərəfli sülh sazişi üzərində iş aparmağa çağırırıq. Hesab edirik ki, bu, vacibdir.
Bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta paytaxtda keçirilən nəqliyyat sərgisində bildirib.
Səfir qeyd edib ki, hazırkı vəziyyət ABŞ və digər ölkələri narahat edir.
“Biz (ABŞ – red.), Minsk qrupunun həmsədri ölkələri tərəfləri yenidən danışıqlar masası arxasına qaytarmaq və qeyd etdiyimiz hərtərəfli sülh istiqamətində danışıqların başlaması üçün səy göstərirlər”, - deyə Sekuta bəyan edib.
Səfir vurğulayıb ki, münaqişə tərəflərinin atəşkəs rejiminə ciddi şəkildə riayət etməsi vacibdir:
“Və biz etiraf etməliyik ki, münaqişənin hərbi yolla həlli yoxdur, buna görə də istər Minsk Qrupu çərçivəsində, istərsə də dövlət katibimiz Con Kerri tərəfindən ikitərəfli şəkildə münaqişənin sülh yolu ilə nizamlanması üçün səylərimizi davam etdiririk”.