“Hər iki tərəfi danışıqlar masasına əyləşməyə çağırırıq”
ABŞ bütün dünya dövlətləri kimi Dağlıq Qarabağın “müstəqilliyini” tanımır.
Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner mətbuat üçün növbəti brifinqdə bildirib.
Onun sözlərinə görə, yekun status (Dağlıq Qarabağın –red.) əsas razılaşma çərçivəsində həll ediləcək.
“Ona görə də biz hər iki tərəfi bütün məsələləri həll etməyə yardım edəcək razılaşmanı əldə etmək üçün danışıqlar masasına əyləşməyə çağırırıq”, - Toner bəyan edib.