Topaz Premyer Liqasının XIII turunun qalmaqallı "Qarabağ” – "Qəbələ” görüşünün baş hakimi Rəhim Həsənov rekorda imza atıb.
Apasport.az saytının məlumatına görə, o, AFFA Hakimlər Komitəsi tərəfindən ötən ay ən çox təyinat alan FİFA referisidi. Həsənovun iş başında olduğu görüşlərin sayı isə az qala fantastik həddədi. O, 30 gündən ibarət noyabrda 10 matça təyinat alıb. Bu isə Həsənovun hər üç günə bir dəfə meydana çıxması deməkdi. O, başa çatan ay ərzində 6 dəfə baş hakim olub. Bu qarşılaşmaların 2-si Topaz Premyer Liqası, 4-ü I divizion matçıdı. Daha 4 qarşılaşmada isə ona əlavə köməkçi hakim kimi etimad göstərilib. Bütün bu görüşlərin ümumi qonorarı 4200 manatdı (Premyer Liqada baş hakim 700, əlavə köməkçi hakim 400, I divizionda baş hakim 300 manat qazanır).
Maraq üçün qeyd edək ki, ötən ay PFL-in bayrağı altında keçirilən yarışlarda ümumilikdə 59 qarşılaşma olub. Bunlardan 12-si Premyer Liqa, 12-si əvəzedicilər, 35-i I divizionda baş tutub. 42 matçın 10-da iş başında olan Həsənovun FİFA referisi statusu daşıyan həmkarları da çox geri qalmayıb. Orxan Məmmədov 8, Əliyar Ağayevlə gələn ildən bu adı daşıyacaq Ömər Paşayev 6 dəfə şans qazanıb.