“Qarabağ” və “Qəbələ” Avropa Liqasında növbəti oyunları keçirəcək

“Qarabağ” və “Qəbələ” Avropa Liqasında növbəti oyunları keçirəcək Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab matçları keçiriləcək

Azərbaycan çempionu “Qarabağ” yarışın qrup mərhələsinə yüksəlmək üçün mübarizə aparacaq.

Ağdamlılar səfərdə minimal hesabla (0:1) məğlub olduqları “Qöteborq”la bu dəfə Bakıda üz-üzə gələcək.

Azərbaycan çempionatının bürünc medalçısı “Qəbələ” Sloveniyanın “Maribor” klubu ilə qarşılaşacaq.

Avropa Liqası
Pley-off, cavab oyunu
25 avqust

20:30. “Qarabağ” – “Qöteborq” (İsveç)
Baş hakim: Vladislav Bezborodov
Bakı. T.Bəhramov adına Respublika stadionu

22:15. “Maribor” (Sloveniya) – “Qəbələ”
Baş hakim: Viktor Kaşşai
Maribor. “Lyusdki Vrt” stadionu

Oxşar xəbərlər