Ramil Diniyev qonaqların qapısına elə bir penalti təyin edib ki, onu heç mübahisəli də adlandırmaq olmaz
Futbol üzrə Azərbaycan çempionatının sonuncu turunda autsayderlər “Rəvan” və “Xəzər Lənkəran” klubları qarşılaşıblar.
Matçın sonlarında “Xəzər Lənkəran”ın hesabda 2:1 irəli olduğu vaxtda oyunun baş hakimi Ramil Diniyev qonaqların qapısına elə bir penalti təyin edib ki, onu heç mübahisəli də adlandırmaq olmaz.
“Rəvan”ın futbolçusu Ruslan Tağızadə “Xəzər Lənkəran”ın müdafiəçisinə qarşı kobud oynayıb, lakin hakim tam əksinə qərar verərək 11 metrlik nöqtəni göstərib.
“Rəvan”ın kapitanı Ramazan Abbasov penalti zərbəsini dəqiq yerinə yetirərək oyunda bərabərliyi bərpa edib - 2:2.
Nəticədə “Rəvan 18 xal toplayıb, “Xəzər Lənkaran” isə 15 xalla Birinci diviziona enib.