Parlament qərar qəbul etdi
Milli Məclisin bugünkü plenar iclasında hakim təyinatları ilə bağlı məsələlərə baxılıb.
Məhkəmə-Hüquq Şurasının təqdimatına əsasən Ali Məhkəmənin səlahiyyət müddəti aprelin 25-də başa çatan hakimləri İbayev Vəfaddin Ələm oğlu və Quliyev Zakir Müslüm oğlu yenidən əvvəlki vəzifələrinə təyin ediliblər.
Eyni zamanda, Şirvan Apellyasiya Məhkəməsinin sədri Əsgərov Qürbət Ağa oğlu Ali Məhkəmənin hakimi təyin olunub.
Milli Məclisin hüquq siyasəti və dövlət quruculu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Ali Məhkəmənin hakimlərinin bu təyinatları ömürlük xarakter daşıyır.
Ali Məhkəmənin səlahiyyət müddəti başa çatan hakimi Ağayev Rəşadət Əhməd oğlu isə Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.