Milli Televiziya və Radio Şurasının (MTRŞ) “ANS Müstəqil Yayım və Media” şirkətinin fəaliyyətinə xitam verilməsi (lisenziyanın ləğvi) barədə məhkəmə iddiasına baxılacaq tarix açıqlanıb.
Report-un verdiyi məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək hazırlıq iclası iyulun 29-na təyin edilib.
İşə hakim Ülvi Mayılovun sədrliyi ilə baxılacaq.