PKK daxilində qarşıdurma başlayıb — SON DƏQİQƏ

PKK daxilində qarşıdurma başlayıb — SON DƏQİQƏ Türk Silahlı Qüvvələri PKK daxilində qarşıdurma başladığını açıqlayıb

PKK daxilində iki terrorçu qruplaşma bir-biri ilə savaşa başlayıb. Bu, Abdullah Öcalan həbs edildikdən sonra terror qruplaşması daxilində yaranan ilk münaqişədir.

24 avqust tarixindən bu yana 510 terrorçu məhv edilib. Türk ordusu təslim olan terrorçulara toxunulmayacağını, normal həyata qayıda biləcəklərini bildirib.

Dünən Yüksekova rayonu, Dağlıca İkiyakalar ərazisinin cənubunda, İraqın şimalında yerləşən Şetünüs bölgəsində terrorçuların bir-birinə silah çəkdiyi barədə xəbərlər gəlmişdi. Silahlı mübarizədə ölən və yaralananların olduğu bildirilir. Məlumata görə uzun müddətdir PKK daxilində iki qrup mübahisə yaşayır və dünən bu mübahisə silahlı toqquşmaya çevrilib.

Oxşar xəbərlər