Türkiyə Silahlı Qüvvələri tərəfindən davam etdirilən “Fərat Qalxanı” əməliyyatında 67 DEAŞ hədəfi vuruldu, 5 DEAŞ terrorçusu məhv edildi
Türkiyə Silahlı Qüvvələrinin verdiyi məlumatda müəyyən edilən 67 DEAŞ hədəfinə 260 Fırtına haubitsaları və 59 minomyot atəşi açıldığı bildirilir.
Əməliyyat ərzində bu günə qədər 652 hədəfə 2 min 728 dəfə atəş açılıb.
Məlumatda Azaz-Rai arasındakı bölgədə keçirilən əməliyyata koalisiya çərçivəsində Amerika Birləşmiş Ştatlarının xüsusi təyinatlı birliklərinin də dəstək verdiyi bildirilir.
Türk Hava Qüvvələrinə aid təyyarələr Tatimus və Kunaytirah bölgələrinə hava hərəkatı təşkil edib.
Bölgədə İŞİD terror təşkilatı tərəfindən istifadə olunan üç bina məhv edilib.
Koalisiya qüvvələrinin təşkil etdiyi hava əməliyyatlarında 5 terrorçu və 5 bina məhv edilib.
Türkiyə Silahlı Qüvvələrinin məlumatında Suriya sərhəd xəttində “Bayrakdar” müşahidəçi pulotsuz uçuş aparatının davamlı kəşfiyyat apardığı da bildirilir.
Məlumatda: “AFAD və Qızılay əməkdaşları tərəfindən Azad Suriya Ordusuna və vətəndaşlara istiqamətlənmiş logistika fəaliyyətləri fasiləsiz olaraq davam etdirilir. Terror təşkilatları tərəfindən istifadə edilən və hüdud bölgəmizdə təhlükəsizlik riski doğuran Suriyanın şimalında həyata keçirilən koalisiya hərəkatına dəstək verən Türkiyə Silahlı Qüvvətləri bölgədə yaşayan mülki əhalinin zərər görməməsi üçün hər cür tədbiri alır və bu mövzuda maksimum həssaslıq göstərir” – ifadələri işlədilir.
Bu arada, Suriyada müxaliflərin irəliləyişi davam edir.
İŞİD terror təşkilatı ilə qarşıdurmalardan sonra müxalif qruplar Rainin qərbində yerləşən Tatimus və Kunaytirah yaşayış məskənlərinə nəzarəti ələ keçirdilər.
Qarşıdurmalar zamanı müxaliflərin 4 döyüşçüsü yaralandı. (oxu.az)