Türkiyə son iki gündə 12 şəhid verdi

Türkiyə son iki gündə 12 şəhid verdi Sərhəd bölgəsində döyüşlər davam edir

Fevralın 10-da Türkiyənin Diyarbəkir bölgəsinin Sur şəhərində PKK yaraqlıları ilə döyüşdə yaralanmış 3 əsgər bu gün şəhid olub.

Beləliklə də, son iki gün ərzində Türkiyə Silahlı Qüvvələrinin PKK yaraqlılarına qarşı apardığı əməliyyatlar zamanı şəhid olan hərbi qulluqçularının sayı 12-yə çatıb.

Qeyd edək ki, Türkiyə ordusunun fevralın 1-də PKK yaraqlılarının qurduğu bombanın partlaması nəticəsində yaralanmış iki hərbçisi dünən dünyasını dəyişib.

Cizrə bölgəsində gedən əməliyyatlar zamanı daha 2 əsgər şəhid olub.

Şırnakın Uludərə bölgəsində isə işə gedən 3 məmurun olduğu avtomobil partladılıb, onlardan 2-si həlak olub, bir məmur yaralı halda xəstəxanaya yerləşdirilib.

Dünən gecə Şırnakda əsgərlərin daşındığı avtobusa qumbaraatandan açılan atəş nəticəsində daha 1 polis şəhid olub.

Yeni Şırnakın İdil məhəlləsində Suriyadan Türkiyəyə keçməyə çalışan 10-a yaxın PKK yaraqlısı ilə döyüşdə isə 1 əsgər şəhid olub, daha 3 nəfər yaralanıb.

Türk ordusu dünən daha bir itkini Sur bölgəsində verib. PKK yaraqlıları ilə döyüşdə yaralanaraq hospitala aparılan dəniz xüsusi qüvvələrinin döyüşçüsü gecə saatlarında dünyasını dəyişib.

Oxşar xəbərlər