İŞİD terror təşkilatının liderinin Mosulda olduğu haqda xəbərlər yayılıb.
Bu məlumatı "The Independent" qəzeti yayıb.
Mosuldakı mənbəyə istinad edən qəzet İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin hələ də Mosulda olduğunu və müqavimətə rəhbərlik etdiyini iddia edib.
Bu xəbəri Bərzaninin müavini Fuad Hüseyn də təsdiq edib. Hüseyn bildirib ki, Bağdadinin Mosulda olduğu haqda onlarda kəşfiyyat məlumatı var.
"Bağdadi Mosuldadır. Əgər onu orada öldürsələr bütövlükdə İŞİD-in terror sistemi çökəcək", - deyə Fuad Hüseyn vurğulayıb.