İŞİD terrorçu qruplaşması sıralarına qatılmaqdan boyun qaçıran 200 nəfər mülki vətəndaşı qətlə yetirib
Bu barədə məlumatı Ninova millət vəkili İntisar əl Cuburi yayıb. Mosuldakı mənbələrdən daxil olan bilgilərə əsasən, son bir neçə gün içərisində İŞİD tərəfindən 200 nəfər dinc sakin vəhşicəsinə qətlə yetirilib.
Terrorçular tərəfindən savaşa qatılmağa məcbur edilən sakinlər bu təklifi rədd etdikləri üçün ölümə məhkum ediliblər.
Qətl Mosulun müxtəlif rayonlarında həyata keçirilib və ölənlərin cəsədi ailələrinə təslim edilməyib.