Əl-Qaidə terror təşkilatının əksər liderləri hazırda Suriya ərazisindədirlər
Bu haqda "The New York Times" qəzeti ABŞ və Avropa ölkələrinin kəşfiyyat orqanlarına istinadən xəbər verirlər.
Qəzetin materialında yer alan informasiyaya görə, İŞİD kimi Əl-Qaidənin mənzil-qərargahı da hazırda Suriyaya köçürülüb.
Məlumatda Əl-Qaidənin Əfqanıstan və Pakistanın Yuxarı Vəziristan vilayətini tərk etməsi ABŞ və Pakistan ordularının bu təşkilata vurduqları ağır zərbələrlə əlaqələndirilir.
Kəşfiyyatın məlumatına görə, Əl-Qaidənin beynəlxalq əlaqələrdən cavabdeh lideri Əbdülhayr əl-Misri, təşkilat kiderinin müavini Abul Kassam və 11 sentyabr 2001-ci il Nyu-York terrorunun təşkilatçılarından biri Əbu Məhəmməd əl-Misri hazırda Suriyadadırlar.