Konstitusiyaya dəyişikliklərlə bağlı referendumın nəticələrini Konstitusiya Məhkəməsi təsdiqləyəndən sonra ölkədə struktur islahatlarının birinci mərhələsi start götürəcək
İlk növbədə lazımsız və izafi xərc tələb edən strukturlar ləğv ediləcək. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.
Prezident İlham Əliyevin paralel fəaliyyət göstərən dövlət qurumlarının ləğvi ilə bağlı çıxışından sonra bir neçə nazirlik və dövlət komitəsinin ləğvi, bəzilərinin isə səlahiyyətlərinin məhdulaşdırılması üzrə təkliflər paketi hazırlanıb.
Mənbənin sözlərinə görə, ölkənin neft gəlirlərinin azalması və qlobal iqtisadi böhranın artıq Azərbaycanda hiss olunması hökuməti dövlət xərclərini azaltmağa və ixtisarlara məcbur edir: “Ümumiyyətlə, neft gəlirlərinin kəskin azalması yeni siyasi-iqtisadi situasiya yaradıb. Bu mərhələdə hökumətdə həm strukur, həm də hakimiyyət komandasının yeniləşməsini qaçılmaz edir. Mümkündür ki, hökumətin tərkibi 40-50 faiz yeniləşsin və oliqarxları texnkokratlar əvəzləsin”.
Məlumatlara görə, struktur islahatı nəticəsində bir neçə dövlət komitəsi ləğv ediləcək: Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğvi, funksiyalarının İqtisadiyyat Nazirliyinə verilməsi, Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin ləğvi, səlahiyyətlərinin Maliyyə Nazirliyinə verilməsi versiyaları nəzərdən keçirilir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Statistika Kimitəsinin, Diasporla ilə iş üzrə Dövlət komitəsinin ləğvi, səlahiyyələrinin başqa qurumlara verilməsi nəzərdə tutulur.
Bir qədər əvvəl Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Satınalmalar üzrə Dövlət Agentliyi ləğv edilib. Dövlət Sosial Müdafiə Fondu isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyinə verilib.