Standartlaşdırma və metrologiya müəssisələri özəlləşdiriləcək

Standartlaşdırma və metrologiya müəssisələri özəlləşdiriləcək Prezident fərman imzaladı

Azərbaycanda standartlaşdırma və metrologiya müəssisələri özəlləşdirməyə çıxarılacaq.

Bu Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında fərmanında əksini tapıb.

Dəyişikliyə əsasən standartlaşdırma və metrologiya müəssisələri Azərbaycan prezidentinin qərarı ilə özəlləşdirilən müəssisə və obyektlər sırasına daxil edilib.

Oxşar xəbərlər