Azərbaycanla AEBA arasında əməkdaşlıq üzrə Dövlət Komissiyasına yeni üzvlər təyin edilib

Azərbaycanla AEBA arasında əməkdaşlıq üzrə Dövlət Komissiyasına yeni üzvlər təyin edilib Prezident sərəncam imzalayıb

Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” sərəncamında dəyişikliklər edilməsi haqqında sərəncam imzalayıb.

Oxu.Az xəbər verir ki, sərəncama əsasən, AMEA prezidenti Akif Əlizadə, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini İsmayıl Bağırov, Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi Qalib İsrafilov, Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi Siyavuş Azakov, Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi rəisinin müavini Vüqar Hüseynov, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Adil Qəribov, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, təhsil naziri Mikayıl Cabbarov və ədliyyə nazirinin müavini Toğrul Musayev Dövlət Komissiyasının üzvləri təyin edilib.

Azərbaycan Xarici İşlər Nazirliyinə bu sərəncamla edilən dəyişikliklər barədə Beynəlxalq Atom Enerjisi Agentliyinə bildiriş göndərmək tapşırılıb.

Xatırladaq ki, Azərbaycanla Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) arasında əməkdaşlıq üzrə Dövlət Komissiyasının sədri baş nazirin birinci müavini Yaqub Eyyubovdur.

Oxşar xəbərlər