Bu ilin fevral ayında prezident İlham ƏliyevTovuz rayonuna səfərizamanı açılışı olan Tovuzçay su anbarında ulu öndər Heydər Əliyevin portreti baxımsız vəziyyətə salınıb. Bu barədə cumhuriyyet.az-a rayon sakinləri məlumat verib. Məlumata görə, ulu öndər Heydər Əliyevin portreti su anbarının ərazisində aylardır ki baxımsız vəziyyətdə saxlanılır.
Əraziyə nəzarət etməli olan “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin yerli idarəsinin rəhbər şəxsləri portreti yerdən götürüb öz yerinə asmır. Sakinlərin sözlərinə görə, icra hakimiyyətindən də məsələ ilə bağlı məlumatlı olsalar da heç bir addım atılmayıb.
Sözügedən fotoları təqdim edirik: