Dövlət başçısı bildirib ki, torpaqlarla bağlı artıq arayış hazırlanıb
Nazirlər Kabinetinin ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirədəki yekun nitqində prezident İlham Əliyev kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadənin zəruriliyini bir daha vurğulayıb.
Virtualaz.org xəbər verir ki, prezident AzTV ilə yayımlanan çıxışında bəzi hallarda kənd təsərrüfatı təyinatlı torpaqların hasarlandığını, istifadəsiz qaldığını bildirib. İlham Əliyevin sözlərinə görə, söhbət minlərlə hektarlıq torpaq sahələrindən gedir.
“Mən tapşırmışdım, artıq həmin torpaqlarla bağlı arayış hazırlayıb mənə təqdim ediblər. Bəzi hallarda həmin torpaqlar yüksəkvəzifəli məmurlara məxsusdur, adlar var. Yaxın vaxtlarda bu məsələ ilə bağlı tədbirlər görüləcək və istifadəsiz saxlanılan torpaqlar kənd təsərrüfatı məqsədi ilə istifadəyə yönəldiləcək. Çünki ölkədə istifadəsiz kənd təsərrüfatı təyinatlı torpaqlar qalmamalıdır” - prezident deyib.
İlham Əliyev bildirib ki, bu məsələdə Prezident Administrasiyası verilmiş tapşırıqları yaxşı icra edib və bölgələrdə lazım olan işləri görüb.