Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsi bağlanıb
Bu barədə APA-ya açıqlamasında universitetin tədris işləri üzrə prorektoru Telman Cəfərov məlumat verib.
Onun sözlərinə görə, fakültə təşkil olunan zaman prosedur qaydaları gözlənilməyib:
”Yaradıcılıq fakültəsi təşkil olunan zaman nə Elmi Şuranın qərarı olub, nə də Təhsil Nazirliyinin. Eyni zamanda bu il fakültəyə qəbul üçün bir nəfər də müraciət etməyib. Əgər dinləyici qəbul olunmayıbsa, biz bu fakültəni necə saxlayaq?
Bir tərəfdən də Təhsil Nazirliyinin icazəsi ilə fəaliyyət göstərmədiyinə görə, büdcə üçün müraciət edə bilmərik. Hüquqi qüvvəsi və bazası olmayan strukturu universitet rəhbərliyi bağlamalı idi. Ona görə də təqdimat hazırlamışıq ki, fakültə bağlansın. Amma bir vacib məqamı da qeyd edim ki, əgər bizə müraciətlər olsaydı, fakültənin qanuni fəaliyyəti barədə düşünərdik”.
Qeyd edək ki, Yaradıcılıq fakültəsi 2007-ci ildən fəaliyyətə başlayıb. Fakültənin təşkil olunmağında əsas məqsəd Azərbaycanda tələbələrin və istedadlı gənclərin estetik-bədii tərbiyəsinin gücləndirilməsinə, yaradıcılıq potensialının aşkarlanması və püxtələşməsinə, ədəbi mühitin formalaşmasına təkan vermək olub.
Fakültədə təhsil əyani formada, ödənişsiz və ödənişli əsaslarla Azərbaycan və rus dillərində keçirilib.