Mikayıl Cabbarov Dünya Təhsil Forumunda çıxış edib
Təhsil sistemi tədris və öyrənmənin ümumi keyfiyyəti üzərində cəmləşməli, istedadlı məzunların işə cəlb edilməsi prioritet məsələ olmalıdır.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, bunu təhsil naziri Mikayıl Cabbarov Londonda keçirilən Dünya Təhsil Forumunda çıxışı zamanı deyib.
Bu sahədə Azərbaycan təcrübəsini bölüşən nazir bildirib ki, 2013-cü ildən Azərbaycan Təhsil Nazirliyi mərkəzləşdirilmiş şəffaf imtahan sistemi ilə müəllimlərin işə qəbulu prosesinə başlayıb.
Nazir deyib ki, Azərbaycanda müəllim peşəsinin nüfuzunun artırılması “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas hədəflərindəndir. Ali məktəblərə qəbul imtahanında yüksək nəticə qazanan məzunları müəllimlik ixtisasına təşviq edən təqaüd proqramı, modul üzrə ixtisasartırmanın təşkili, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsi bu sahədə keyfiyyətcə yeni mərhələnin başladığından xəbər verir.
Nazir qeyd edib ki, 2015-ci il bütün ölkələr üçün təhsildə inkişaf hədəflərini müəyyən etmək, tədris sistemində 2030-cu ilədək davamlı inkişafı təmin etmək baxımından model il olub.
Təhsil sistemində daxili islahatların, ikitərəfli və çoxtərəfli mübadilələrin təmin edilməsi başlıca məqsədlərdəndir. Bu çərçivədə kurikulum və təkmilləşdirilmiş tədris metodologiyalarının mübadiləsini nümunə göstərmək olar.
Təhsil naziri Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Birləşmiş Krallıqda təhsil alan bir qrup tələbə ilə görüşüb. Nazir Azərbaycanda həyata keçirilən təhsil sahəsində islahatlar və yeniliklər barədə məlumat verərək tələbələrin təhsili ilə maraqlanıb və onlara uğurlar arzulayıb.
Səfər çərçivəsində təhsil naziri 2015-ci ildə beynəlxalq QS reytinqində təhsil məktəbləri arasında 1-ci yeri tutmuş UCL Təhsil İnstitutunun direktoru Endryu Broun ilə görüşdə ölkəmizdə müəllim hazırlığı və təkmilləşdirilməsi sahəsində əməkdaşlıq imkanları müzakirə edib.
M.Cabbarov Rusiyanın təhsil və elm naziri Dmitri Livanovla ilə görüşdə rusiyalı həmkarının ötən ilin 19-21 noyabr tarixlərində ölkəmizə rəsmi səfərinin hər iki tərəf üçün məhsuldar və faydalı keçdiyini bildirib, təhsil müəssisələrinə nəzarət və təhsilin müxtəlif səviyyələrində təhsilalanların biliklərinin qiymətləndirilməsi sahəsində qarşılıqlı təcrübə mübadiləsi və digər maraq doğuran məsələlərə dair müzakirələr aparıb.
Qeyd edək ki, 18-20 yanvar tarixlərində keçirilən Forum dünyanın 80-dən çox ölkəsinin təhsil nazir və nazir müavinləri, aparıcı ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatların və müxtəlif sahələrdə ixtisaslaşan özəl şirkətlərin nümayəndələrini bir araya toplayıb.