Müsabiqədə iştirak etmək üçün 2200 müraciət daxil olub
Fevralın 25-də "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Qatarın qəbulu və yola salınması üzrə növbətçi peşəsi vəzifəsi üçün elan edilmiş müsabiqə başa çatıb.
Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Onun sözlərinə görə, martın 14-dən etibarən Təlim-Tədris Mərkəzində 1 aylıq ödənişsiz kurslara start verilib. Həftənin hər iş günü 4 qrupdan ibarət 2 saat müddətində keçiriləcək peşə dərsləri metropolitenin mütəxəssisləri tərəfindən tədris olunacaq.
Kursu bitirən namizədlərdən sınaq imtahanlarını uğurla keçənlər hərəkət xidmətində müvafiq peşə üzrə işlə təmin ediləcəklər.
Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün 2200 müraciət daxil olmuşdu. Metropolitenin peşəkar mütəxəssislərindən ibarət kadr komissiyası ilkin seçmələrdən sonra 500 nəfəri müsabiqəyə dəvət etmişdi. Qeyd olunan tələblərə cavab verən 500 namizədən 82 nəfər kadr komissiya tərəfindən kurslara cəlb olunub.
Məlumat üçün bildirək ki, əvvəllər bu peşə üzrə işə qəbul olunmaq üçün müraciət edənlər 3 ay sınaq müddətinə işə götürülürdü.
Bu müddət ərzində təlimatları mənimsəyən, müəyyən təcrübə toplayan işçilər imtahan verdikdən sonra peşə bacarıqlarının qənaətbəxş olub-olmaması bəlli olurdu. Bu isə həm zaman itkisinə, həm də peşəkar kadr çatışmazlığına səbəb olurdu. Əksəriyyəti xanımlardan ibarət olan növbətçi peşəsinə, hazırda oğlanların da marağı artıb.