Bu gün “Son zəng”dir

Bu gün “Son zəng”dir Tədbir yalnız ümumi təhsil müəssisələrinin ərazisində təşkil olunmalıdır

Bu gün Azərbaycanda 2015/2016-cı dərs ili başa çatır.

Təhsil naziri Mikayıl Cabbarovun imzaladığı əmrə əsasən, “Son zəng” tədbiri iyunun 14-də yalnız ümumi təhsil müəssisələrinin ərazisində təşkil olunmalıdır.

Qeyd edək ki, cari tədris ilində Azərbaycanın ümumi təhsil müəssisələrinin IX siniflərini 110222, XI siniflərini 88591 və XII sinifləri 856 şagird bitirir.

Növbəti dərs ilində orta məktəblərin I siniflərinə 164033 şagirdin qəbul olunacağı proqnozlaşdırılır.

Oxşar xəbərlər