Hazırda ölkədə 1500-dən çox məscid imamsız və axundsuzdur
Azərbaycanda məscidlər üçün dini kadrların hazırlanması məqsədilə xüsusi hazırlıq kursları təşkil olunacaq. Bununla bağlı təşəbbüsü Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadə irəli sürüb.
Bu barədə “Report”a QMİ sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli məlumat verib.
O bildirib ki, məscidlərdə axundluq və imamlıq etmək üçün dini kadrlara ehtiyac böyükdür və bu təşəbbüs də buradan doğub:
“İstəyirik ki, məscidlərimizə xaricdən olan təsirlərlə oturub-duranlar deyil, öz yetişdirdiyimiz kadrlar rəhbərlik etsin”.
QMİ sədrinin müavini vurğulayıb ki, xüsusi kurslarda tədrisin 5 ilə qədər davam etməsi mümkündür.
Onun sözlərinə görə, dini kadrları bir neçə ilə hazırlamaq mümkün deyil:
“12, hətta 20 il dini sahədə təhsil alan QMİ sədrlərimiz, bu sahədə çalışan insanlarımız olub. Təşkil olunacaq kurslar elə-belə kurs olmayacaq. Xüsusi təhsil vermək nəzərdə tutulur və ancaq məscidlər üçün kadrlar hazırlanacaq. Çünki Bakı İslam Universitetindən gələn məzunların bir qismi məscidlərə, bir qismi elmi müəssisələrə işə gedir. Məzunların bir qismi qızlar olur ki, onlar da məscidlərdə işləmir".
S.Həsənli onu da qeyd edib ki, Azərbaycanda bu gün 1500-dən çox məscid imamsız və axundsuzdur:
“Elə seçim aparmalıyıq ki, onların sayını stabilləşdirə, balans yarada bilək. Elə il olur ki, gələn tələbələrin 90 faizi ya şiə, ya da sünni olur. Bu isə Azərbaycanın xeyrinə deyil. Çünki 1500 məscidi təmin etmək üçün bizə həm sünni, həm də şiə təriqətindən olan din xadimləri lazımdır”.